Tütün istehsalı ilə məşğul olan fermerlərin pulu verilmir - VİDEO

26 Aprel 2021 11:24

Qax rayonunda tütün yetişdirib təhvil verən fermerlər məhsullarının pulunu ala bilmirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, problem Qax rayonu, Qorağan kənd sakini  Valeh İsmayılov kimi bir neçə fermerin başına gəlib.

Hər il 10-15 hektara yaxın ərazidə tütün yetişdirən fermerlər keçənilki pullarını ala bilmirlər. Üstəlik, bu ilki ştillər də pul olmadığından sahələrə köçürülə bilmir.

5 hektar sahədə tütün əkilməsi üçün müqavilə bağlayan fermer işçilərin keçənilki pulunu da ödəyə bilmir.

Tütün yetişdirən  Əzəddin Əhmədov deyir  ki, onların işinin gedişatında çətinlik yaranıb.

Məsələ ilə bağlı Zaqatala rayon "Azərtütün" MMC-yə müraciət etdik. Qurumdan məlumat verildi ki, ödəmələrdə yaranan problem pandemiya ilə əlaqədar xarici bazarlara çıxa bilməməkdədir.

İstixanalarda yetişdirilən şitillərin  sahələrə köçürülməsinin vaxti isə keçir. Sakinlər tezliklə pullarını almalıdırlar ki, işlərini davam etdirə bilsinlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az