Cəmiyyət

ÜST-dən "AstraZeneca" tövsiyəsi - VİDEO

9 Aprel 2021 12:29
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ÜST "AstraZeneca" peyvəndinin vaksinasiyasini aparmağı tövsiyə edir

Milli.Az Real TV-ə istinadən bildirir ki, Avropa və Birləşmiş Krallıqda "AstraZeneca" COVID-19 peyvəndi vurduran şəxslərdə az miqdarda nadir görülən tromboembolik fəsadlara (aşağı trombositlər olan qan laxtaları) cavab olaraq, ÜST-ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsi (GAVCS), Avropa Dərman Agentliyi (EMA) və Birləşmiş Krallığın tənzimləyici qurumu (MHRA) qeydə alınan halların bu peyvənd ilə əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün mövcud bütün məlumatları nəzərdən keçirir.

ÜST-ün Azərbaycan nümayəndəliyindən REALA bildirilib ki, 7 aprel 2021-ci ildə sözügedən qurumlar müvafiq bəyanatlar veriblər. Onlar "AstraZeneca" peyvəndinin faydalarının çox nadir qeydə alınan potensial risklərini üstələdiyi qənaətinə gəliblər. ÜST ölkələrə milyonlarla insanın həyatını xilas edən və ağır xəstəliyin qarşısını alan "AstraZeneca" peyvəndi ilə vaksinasiya olunmağa davam etməyi tövsiyə edir.

Bu günə qədər 190 milyon dozadan çox "AstraZeneca" peyvəndi tətbiq edilib.

ÜST potensial olaraq peyvəndin səbəb olduğu və əlavə araşdırma tələb edən hadisələr barədə məlumatları aşkar etmək və riskləri idarə etmək üçün yerli qurumlar və peyvənd istehsalçıları ilə sıx əməkdaşlıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.