Hadisə

Bərdədə müəllim qızını xilas edərkən kanalda boğulub öldü

3 Dekabr 2025 09:26
Baxış: 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdədə müəllim özünü kanala atan ruhi xəstə qızını xilas etmək istəyərkən suda boğularaq dünyasını dəyişib. Hadisə rayonun Nazırlı kəndində baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkən kənd sakini 1981-ci il təvəllüdlü Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən dren kanala atıb.

Belə ki, bunu görən atası 1957-ci il təvəllüdlü (68 yaş) Kərimov Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da suda boğularaq ölmüş, qızı kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.

Qeyd edək ki, dünyasını dəyişən müəllim uzun illər kənd orta məktəbində ibtidai sinif müəllimi kimi çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.