Cəmiyyət

TƏBİB-dən vacib açıqlama - Əgər reanimasiyalar dolarsa...

1 Aprel 2021 17:46
Baxış: 2 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda çarpayı fondu ilə bağlı problemimiz yoxdur".

Milli.Az xəbər verir ki, bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, problem stasionar çarpayı ilə bağlı olmur: "Bununla bağlı heç bir problem olmur. Bizim modul tipli xəstəxanalarımız var. Biz, əsasən, reanimasiyada çarpayı ilə bağlı problemlərlə üzləşirik. Daha çox önəmli olan bu göstəricidir.

Bu gün hələ ki, bu problemlə üzləşməmişik. Bununla bağlı fəaliyyət planımız var. Əgər epidemioloji vəziyyətlə əlaqədar reanimasiya çarpayılarının dolması olarsa, dövlət tərəfindən lazımi tədbirlər görüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory