Cəmiyyət

Müdafiə Nazirliyinin nümayəndələri hərbi hissələrdə olublar - FOTO

19 Mart 2021 13:01
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci il üçün birgə fəaliyyət planına əsasən, Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olublar.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, şəxsi heyətin məişət şəraiti ilə tanışlıqdan sonra hərbi hissələrdə xidmət edən müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular ilə görüşlər keçirilib və hərbi qulluqçuların hüquqlarına dair suallar cavablandırılıb.

Sonda bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.