Cəmiyyət

“Azəriqaz” İstehsalat Birliyində yeni təyinat

16 Mart 2021 17:22
Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyində yeni təyinat olub.

Birlikdən Milli.Az-a bildirilib ki, Baş direktor Ruslan Əliyevin imzaladığı əmr ilə Elçin Bilal oğlu Qocayev Birliyin İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər Elçin Qocayev Energetika Nazirliyi yanında Enerji Tənzimləmələri Agentliyində sektor müdiri vəzifəsində çalışıb. O, Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Əmək fəaliyyətinə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində mühəndis kimi başlayıb. 2006-2018-ci illərdə SOCAR-ın müxtəlif idarələrində, eləcə də "Azəriqaz" İB-də şöbə rəisinin müavini və şöbə rəisi kimi çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.