Nazirliyin mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumatda bildirilir ki, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. O, deyib ki, 2011-ci il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının hər bir sahəsində müsbət nəticələrin əldə edilməsi, demokratik proseslərin sürətlənməsi, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bütövlükdə Heydər Əliyev siyasi kursunun uğurla inkişaf etdirilməsi ilə əlamətdar olmuş, davamlı şəkildə gedən quruculuq işlərinə zəmin yaradan ictimai asayiş, insan hüquq və azadlıqları daha etibarlı qorunub, ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilib. Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2011-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb.
Nazir bildirib ki, qeydə alınmış 22.982 cinayətin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətkarlığın strukturunda və dinamikasında ciddi dəyişikliklər baş verməyib, əvvəlki illərdə qeydə alınan müsbət meyllər qorunub saxlanılıb. Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 2,2 faiz, quldurluqlar 11 faiz, hədə-qorxu ilə tələb etmələr 29,2 faiz azalıb, adamları girov götürmə və banditizm faktları qeydə alınmayıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin 83 faizinin açılması təmin edilib. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır, habelə görülmüş təxirəsalınmaz və çevik tədbirlərlə 932 cinayət "isti izlərlə"açılıb.
Cinayətlərin profilaktikasında, bu sahədə operativ tədbirlərin görülməsində yeni informasiya texnologiyalarının öz effektivliyini artıq tam təsdiqlədiyini xatırladan nazir "102" və "Təhlükəsiz şəhər" sistemlərinin böyük rolunu vurğulaıb. Qeyd edilib ki, təkcə "102" xidmətinə daxil olan məlumatlar əsasında 2500-ə yaxın hüquqazidd əməlin qarşısı alınıb, 1609 cinayət işi başlanıb. "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları sayəsində 34 cinayət açılmış, 4493 yol-nəqliyyat qəzası, yol hərəkəti qaydaları əleyhinə olan 20 minə yaxın inzibati xəta, piyadaların vurulması ilə nəticələnən 118 hadisə müəyyən edilib, axtarışda olan 97 avtomobil aşkarlanıb saxlanılıb. Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayət törətmiş 13.792 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Eyni zamanda, yerli və dövlətlərarası axtarışda olan 2173, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 104 təqsirləndirilən şəxs həbs edilib.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən edilib. Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də məqsədyönlü və sistemli xarakter daşımaqla 492 ağır və xüsusilə ağır cinayət, o cümlədən 16 qəsdən adam öldürmə, 67 quldurluq və 57 soyğunçuluq törətmiş 560 nəfərdən ibarət 186 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib. Əllərdə saxlanılan 1037 odlu silah və 32 mindən çox patron götürülüb, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 95 nəfər məsuliyyətə cəlb olunub. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 38 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 500 min manatdan çox olan 5235 ədəd saxta əskinas çıxarılıb..
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə görülən işlərə də toxunan nazir qanunsuz dövriyyədən 557 kiloqram narkotik vasitə çıxarıldığını, 28,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alındığını, ümumi çəkisi 367 ton olan narkotik tərkibli bitkinin aşkarlanaraq yaşıl kütlə halında məhv edildiyini nəzərə çatdırıb.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 69 cinayət faktının aşkarlanaraq 20 nəfərin məsuliyyətə cəlb edildiyini, 16 nəfərdən ibarət 7 cinayətkar qrupun zərərsizləşdirildiyini, bu əməllərin qurbanı olmuş 28 şəxsin müəyyən olunaraq cəmiyyətə reinteqrasiyasının təmin edildiyini bildirib.
R.Usubov deyib ki, cinayətlərin açılmasında aparıcı rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının hesabat dövründəki fəaliyyəti də qənaətbəxş olmaqla 2010-cu illə müqayisədə istintaqı aparılan cinayət işlərinin sayı 11,7 faiz artıb, onların 49,3 faizinin icraatı tamamlanıb ittiham aktı ilə məhkəmələrə göndərilib. Cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəymiş maddi ziyanın 73,7 faizi ödətdirilmişdir ki, bu da müqayisə edilən dövrə nisbətdə 8,8 faiz çoxdur. O da diqqətə çatdırılıb ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində 13 qanunvericilik aktı qəbul edilmiş, nəqliyyat vasitələrinin uçota alınmasının "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsinə başlanılıb.
İlkin qeydiyyata 73.337 avtomobil alınmaqla ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayı bir milyonu keçib. Respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 6,2 faiz, qəzalarda ölənlərin sayının 9,8 faiz, yaralananların sayının 5,6 faiz artdığını bildirən nazir, sürət həddini aşma, ötmə qaydalarını pozma, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmə, piyadaların yol hərəkəti, o cümlədən keçidləri keçmə qaydalarını pozma hallarının aşkarlanması sahəsində dövlət yol polisi əməkdaşlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş, maddi-texniki bazası ilbəil güclənən, xidmət şəraiti, şəxsi heyətin sosial müdafiəsi davamlı olaraq yaxşılaşan Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, hərbi qulluqçuların vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmini tədbirlərində və xüsusi əməliyyatlarda fəal iştirakı, ümumən, polisin və Daxili Qoşunların şəxsi heyəti tərəfindən ölkənin müxtəlif yerlərində keçirilmiş 400-ə yaxın, o cümlədən 300-dən çox beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunduğu diqqətə çatdırılıb.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ramil Usubov: "Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz azalıb"
24 Yanvar 2012 18:16
Baxış: 291

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər
-
"Eldar yarışma ərəfəsində heç kimə dəstək olmurdu"
-
Şamaxıda zəlzələ oldu
-
Sevgi, simpatiya yoxsa sadəcə həyəcan? – Aşiq olmağın əlamətləri
-
REAL ID: Yeni şəxsiyyət vəsiqəsi bizə nə verir?
-
Cennifer məşq zamanı yaralandı - FOTO
-
"Qızıma görə qorxuram, ölkəm 10 il əvvəlki kimi deyil" - FOTO
-
"iPad" istifadəçilərinin sahib olacağı daha bir ÜSTÜNLÜK
-
Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz
-
Yayda həşəratlara qarşı təbii həll - Bu bitkini yandırmaq kifayətdir
-
Hamilələr bu meyvədən uzaq dursun
-
Peşə təhsili ilə bağlı statistika və proqnozlar: Əmək bazarını qane edir?
-
Ukraynanı Rusiya ilə danışıqlarda onlar təmsil edəcək
-
“Bütün cavablar Moskvadadır” - Zelenski
-
Putin Ukrayna ilə danışıqlar üçün onları göndərir
-
"Çox əziyyət çəkdim" - Mətanət İsgəndərlinin qızı - VİDEO
-
Zelenski Nəriman Cəlalovu Ukraynanın Türkiyədəki səfiri təyin etdi
-
Günün qoroskopu: mühüm qərarlar verməkdən çəkinin, əlverişli zaman deyil
-
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
-
Uruqvayda 3 günlük matəm elan edildi
-
Türkiyədə daha bir sənaye nəhəngi iflas etdi - Yüzlərlə işçi işsiz qaldı
-
Azərbaycana belə təşəkkür etdilər - FOTO
-
Mənzil bazarında qiymət enəcək?
-
Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti tapıldı - yenilənib - FOTO