Maraqlı

Dilənçinin üstündən 2 min manatdan çox pul çıxdı - VİDEO

14 May 2025 11:00
Baxış: 1 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dilənçinin üzərindən 2 min manatdan çox pul çıxıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Çorum vilayətinin Sungurlu rayonunda dilənən şəxs zabitlər tərəfindən saxlanıldıqdan sonra onun üzərindən 50 min 145 lirə (təxminən 2 min 680 manat) pul aşkarlanıb.

Sunguroğlu məhəlləsində dilənərkən 37 yaşlı C.G. adlı şəxs polis əməkdaşları tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində onun təkcə Sungurluda deyil, digər şəhər və rayonlarda da dilənçilik etdiyi məlum olub. Polislər tərəfindən aparılan axtarış zamanı onun üzərindən çıxan nağd vəsait akt tərtib olunaraq sayılıb və müsadirə edilməsi üçün Bələdiyyə Komissiyasına təqdim edilib.

C.G.-yə İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinə əsasən 1.406 lirə (təxminən 75 manat) məbləğində cərimə tətbiq olunub.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.