Cəmiyyət

Aqrar sığorta ilə bağlı kalkulyator istifadəyə verildi - VİDEO

16 Mart 2021 11:45
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mal-qaranın və bitkilərin sığortası ilə bağlı kalkulyator istifadəyə verilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, fermerlər kalkulyatorun köməyi ilə heyvanların və bitkilərin sığorta haqqını hesablaya bilərlər.

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" İdarə Heyətinin üzvü Elvin Əliyev bildirib ki, kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır. Kalkulyatorla yalnız aqrar sığorta mexanizmi vasitəsilə sığortalanan heyvanlar və bitkilər üçün ödəniləcək məbləği hesablamaq mümkündür.

Kalkulyator Aqrar Sığorta Fondunun asf.gov.az internet saytında yerləşdirilib.

Yaxın vaxtlarda aqrar sığortaya cəlb olunan heyvanların və bitkilərin sayı artırılacaq və onlar barədə məlumatlar da kalkulyatora əlavə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.