Cəmiyyət

Qadın usta taxtadan müxtəlif əşyalar hazırlayır - VİDEO

15 Mart 2021 12:01
Baxış: 1 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndi sizə bir qadın haqqında danışacağıq. O, uzun müddətdir ki, zərif əllərini çətin işin altına qoyub. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Bakıdakı emalatxanalardan birində çalışan dülgər xanımdan gedir. Qadın usta taxtadan müxtəlif əşyalar hazırlayır. O, nəinki Bakıdan, hətta rayonlardan da sifarişlər qəbul edir.  

36 yaşlı Şəhla İmanzadə həyatının 15 ilini dülgərliyə sərf edib. O, sifarişə uyğun olaraq taxtadan qapı, pəncərə, pilləkən, stol, stul  və mətbəxt mebeli hazırlayır. Dülgər qadın deyir ki, bu sənəti öyrənməklə atasının arzusunu həyata keçirib.

İşindən zövq aldığına deyən Şəhla xanım bildirir ki, günün böyük hissəsini emalatxanada keçirir. O, hazırladığı əşyaları da özü boyayır.

Şəhla İmanzadə deyir ki, paytaxt Bakı ilə yanaşı bölgələrdən də sifarişlər qəbul edir

Müsahimiz əlavə edib ki, son zamanlar pandemiya ilə əlaqədar sifarişlər bir qədər azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.