Cəmiyyət

İnsanlığa sığmayan düşmən əməli - VİDEO

13 Mart 2021 19:18
Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hacı Şahin: "Ermənilərin bu vəhşiliyi xristianlığa da ziddir"

Bütün dinlər insanların inancına, onların adət-ənənələrinə, mənəvi dəyərlərinə hörmətlə yanaşmağı tövsiyə edir. Ermənilərin etdiyi bu vəhşiliklər xristian dininin mahiyyətinə də ziddir.

Milli.Az bildirir ki, Bunu Real TV-yə açıqlamasında Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənli ermənilərin Laçın rayonunun Piçənis kəndində yaşadıqları zaman azərbaycanlılara məxsus olan qəbir daşlarından evlərində pilləkən kimi istifadə olunması haqqında yayılan görüntü haqqında fikir bildirərkən deyib.

Din xadimi qeyd edib ki, ermənilərin Bakının mərkəzində yerləşən kilsələri dövlət səviyyəsində qorunub saxlanılır. Hətta oradakı kitabxana toxulmaz qalıb.

İlahiyyatçının sözlərinə görə, Azərbaycanlı kimi heç zaman kimlərəsə qarşı vandalizm aktı törətməmişik. Əksinə Azərbaycanda yaşayan bütün din təmsilçiləri buranı özünə vətən hesab edir. Lakin Ermənistan həm monoetnik, həm dinlərə qarşı savaş açmış, həm də qonşu xalqın bütün mədəniyyətini məhv etməyə çalışan bir dövlətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.