Cəmiyyət

Məşğulluq proqramları ilə əhatə olunan şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

13 Mart 2021 10:19
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslər aktiv məşğulluq proqramları vasitəsilə sosial dəstəklə təmin edilirlər.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, postmüharibə dövründə bu kateqoriyalardan olan 3700-dək şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 3030-u özünüməşğulluq proqramına cəlb edilib və  seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilməsi işləri aparılır.

645 nəfərin isə ödənişli ictimai işlər, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları vasitəsilə məşğulluq məsələlərinin operativ həllinə dəstək göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.