Cəmiyyət

Goranboyun Ağcakənd qəsəbəsində Xocalı qurbanları anılıb - FOTO

26 Fevral 2021 12:37
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda xocalıların məskunlaşdığı Ağcakənd qəsəbəsində soyqırımın 29-cu ildönümü ilə bağlı mərasim keçirilib.

Milli.Az bildirir ki, mərasimdə Goranboy rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərəm Quliyev, Xocalı RİH-nin başçısı Şahmar Usubov, hüquq-mühafizə orqanların əməkdaşları, Milli Qəhrəmanlar, şəhid ailələri, rayon ictimaiyyəti və faciənin canlı şahidləri iştirak ediblər.

Mərasim iştirakçıları Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Ağcakənd qəsəbəsində Xocalıdan köçkün düşmüş 300 ailə məskunlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.