Cəmiyyət

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində "Xocalıya ədalət" çağırışı - VİDEO - FOTO

26 Fevral 2021 08:49
Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 24 fevral tarixindən başlayaraq Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə "Xocalıya ədalət" çağırışları işıqlandırılır.

Azərbaycanın Meksikadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, löhvələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, "Azərbaycana qarşı cinayət", "Xocalıya ədalət" şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi əks olunub.

Adıçəkilən şəhərlərin sakinləri bir həftə ərzində lövhədə yer almış QR kod vasitəsilə "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.