Azərbaycanda ən yüksək və ən aşağı maaş BU RAYONLARDADIR - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il Azərbaycanda orta əməkhaqqının artmasına ən böyük töhfəni dövlət sektorundakı maaş artımları verib.
Milli.Az sfera.az-a istinadən xatırladır ki, 2020-ci ildə ölkə üzrə orta əməkhaqqı 11,4 faiz artıb və 707,3 manat olub. Əməkhaqqı artımı özəl sektorda 4,4 faiz olduğu halda dövlət sektorunda 18,8 faiz təşkil edib.
Rəsmi statistikaya əsasən, ölkəmizdə 1,7 milyona yaxın muzdlu işçi var. Onların yarıdan bir qədər çoxu dövlət sektorunda çalışır. Dövlət sektorunda çalışanların sayının çox olması və burada maaş artımı sürətinin böyük olması ölkə üzrə orta əməkhaqqı səviyyəsinin daha çox yüksəlməsinə imkan verib.
2020-ci ilin yekunlarına əsasən dövlət sektorunda orta maaş 631,1 manat olub və 2019-cu ilə nisbətən 100 manat artıb. Özəl sektorda isə orta maaş 802 manat olub və 33,6 manat artıb.
Dövlət sektorunda ən yüksək maaş Bakıdadır. Paytaxtda orta əməkhaqqı 804,9 manat olub və il ərzində 104 manata yaxın (14,8 faiz) artıb. Yüksək orta maaş paytaxtın Pirallahı rayonunda 2007 manat, Xətai rayonunda 1022,2 manat, ən az maaş isə Binəqədi (560,7 manat), Yasamal (612,2 manat) və Suraxanı (634,4 manat) rayonlarındadır.
Bakıdan sonra ən yüksək orta əməkhaqqı Sədərək rayonunda (645 manat), Siyəzən rayonunda (620,5 manat), Biləsuvar rayonunda (607,7 manat), Naxçıvan şəhərindədir (604,5 manat). Dövlət təşkilatlarında ən aşağı əməkhaqqı Ağdam rayonunda (397,9 manat), Şuşa rayonunda (406,5 manat), Zaqatala rayonunda (415,4 manat) verilir.
Qeyri-dövlət sektorunda da ən yüksək orta əməkhaqqı Bakıdadır. Bakıda orta maaş 1041 manat olmaqla regionlardan kəskin fərqlənir. Paytaxtda qeyri-dövlət sektorunda yüksək orta əməkhaqqı Səbail (2227,5 manat), Qaradağ (1474,2 manat), Nəsimi (1071,2 manat) rayonlarında, ən az orta maaş Pirallahı (555 manat), Binəqədi (594 manat), Sabunçu (647,1 manat) rayonlarında qeydə alınıb.
Bakıdan kənarda olan yaşayış məntəqələri üzrə qeyri-dövlət sektoru üzrə ən yüksək orta əməkhaqqı Daşkəsən rayonu (919,4 manat), Qubadlı rayonu (721,2 manat), Şuşa rayonu (692,6 manat), ən az orta əməkhaqqı Xocəvənd rayonu (292,3 manat), Tərtər rayonu (300 manat), Yardımlı rayonu (328,3 manat), Xızı rayonu (330,5 manat), Qobustan rayonunda (336,2 manat) verilir.
Qeyd edək ki, dövlət təşkilatlarında əməkhaqqından vergi tutulur, qeyri-dövlət təşkilatlarında (neft-qaz sektoru istisna olmaqla) vergi tutulmur. Buna görə də orta əməkhaqqının dövlət sektoru üzrə işçiyə çatan hissəsi bir qədər də azalır. Ötən il dövlət təşkilatlarında bir işçi orta hesabla 536 manat, özəl sektor üzrə isə 724 manat maaş alıb. Özəl sektorda "ələçatan" orta maaş dövlət sektoruna nisbətən 188 manat və ya 35 faiz yüksəkdir. İcbari ödənişlər nəzərə alınmadıqda özəl sektorla dövlət sektoru arasında maaş fərqi 171 manat və ya 27,1 faiz çoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir





