Cəmiyyət

Müharibə əlillərinin rüsumlardan azad edilməsi təklif edilir

12 Fevral 2021 11:42
Baxış: 1 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması Prezidentin diqqət mərkəzindədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Musa Quliyev deyib.

O bildirib ki, "Dövlət rüsumu haqqında" qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil: "Bu, uyğunsuzluq yaradır. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və bu uyğunsuzluğu aradan qaldıraq".

M. Quliyev həmkarı Naqif Həmzəyevin təklifini dəstəkləyib: "Gəncə aeroportunun adının dəyişdirilərək Nizami Gəncəvinin adına verilməsi çox mühüm hadisə olar. Ölkənin tanınması baxımından, gələn turistlərin daha çox məlumat alması üçün bu, çox yaxşı addım olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.