Cəmiyyət

Bakı küçələrini bir-birinə qatan sürücü həbs edildi - Polisləri yandırmaq istədi - FOTO

10 Fevral 2021 10:20
Baxış: 3 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisinin qanuni tələbinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədən sürücü həbs edilib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Taleh Mehdiyev adlı sürücü fevralın 8-də Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman 400 manatdan artıq ödənilməyən cəriməsinin olduğu üzə çıxıb.

Yol polisi əməkdaşları cərimənin ödənilməsini təklif etsə də, o "imkanım yoxdur" deyərək qərəzli şəkildə öz maşınının arxa şüşəsini sındırıb. Maşına minməklə hadisə yerindən uzaqlaşan sürücü bundan sonra süni sıxlıq yaradılmaqla dayandırılsa da, ətrafdakı insanların köməyi ilə qaçmağa yenidən nail olub.

Polis əməkdaşlarından qaçan sürücü bu dəfə digər avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi də törədib. Sonra isə polislərə zor tətbiq etməklə onların üzərinə benzin töküb yandıracağını bildirib və hətta bu məqsədlə avtomobilin yanacaq çənini açaraq benzin çəkirmiş kimi hərəkətlər nümayiş etdirib. Sonra isə yenə də hərəkətinə davam edib və qaçıb. Nəhayət, "20 Yanvar" metro stansiyası ətrafında süni sıxlıq yaradılaraq saxlanılıb.

Onun barəsində toplanılmış materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Mehdiyev Taleh Rasim oğlu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib, eyni zamanda onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.