Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə aksiz dərəcələrinin 31 manatdan 35 manata qaldırılması təklif edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu təklifin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, aksiz dərəcənin artırılması tütünlə mübarizə strategiyasına uyğun addımdır.
O qeyd edib ki, tütünlə mübarizə dünyada ən aktual məsələlərdən biridir və Ümumdünya Səhiyyə Təşkilatı da Tütünlə Mübaruzə Konvensiyası qəbul edib və o konvensiyaya Azərbaycan da qoşulub:
"Həmin konvensiyaya əsasən, hər bir ölkə tütünlə mübarizə istiqamətində özünün milli qanunvericiliyini hazırlamalıdır. Milli qanunvericilikdə də tütünlə mübarizənin bir istiqaməti də tütün məhsullarının qiymətinin tənzimlənməsi ilə bağlıdır. Yəni elə qiymətlər olmalıdır ki, insanların tütün məmulatlarına marağı azalsın, xüsusən bu qiymətlər uşaqlar və yeniyetmələr üçün əlçatan olmasın.
Bunun üçün xüsusi qiymət siyasəti var. Azərbaycan tütün məhsullarının, siqaretin ən ucuz satıldığı ölkələrdən biridir. Ona görə də biz dəfələrlə məsələ qaldırmışıq ki, tütün məmulatlarına olan aksiz vergiləri artırılmalıdır, həm də siqaretin tək-tək satışına qadağa qoyumalıdır ki, uşaqlar, yeniyetmələr siqareti tək-tək almasınlar.
Bu mənada aksiz dərəcəsinin artırılması BMT-nin Tütünlə Mübarizə Konvensiyasına uyğundur, həm də bizim "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tələblərindən irəli gələn bir məsələdir. Amma bununla yanaşı biz maarifləndimə və nəzarət işini də gücləndirməliyik ki, qapalı məkanlarda, digər qadağan olunmuş yerlərdə siqaret çəkilməsinin qarşısı alınsın".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun





