Cəmiyyət

"Ramiz Hacıyev" kran gəmisi təmirdən sonra istismara qaytarılıb

22 Yanvar 2021 17:58
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının "Ramiz Hacıyev" kran gəmisinin əsaslı təmiri başa çatıb.

ASCO-dan Milli.Az-a verilən məlumata görə, "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılan işlər çərçivəsində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş mühərriklər, nasoslar, boru sistemləri təmir edilib, köməkçi mühərriklər sazlanıb. Dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda təmir işləri görülüb.

Məlumata görə, gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib.  Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

Təmirdən sonra "Ramiz" Hacıyev" kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.