Müharibədən zərər görən ailələrdə psixoloji travmanı aradan qaldırmaq üçün...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müharibədən zərər görən ailələrdə psixoloji travmanın yaratdığı fəsadları aradan qaldırmaq üçün uzunmüddətli iş aparılmalıdır.
Milli.Az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova deyib.
Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ASAN Könüllüləri Gənclər Təşkilatı və BMT-nin Uşaq Fondunun (UNİCEF) Gəncə şəhərində, Goranboy, Ağdam və Tərtər rayonlarında birgə həyata keçirdiyi "Fövqəladə hallarda uşaq müdafiəsi" layihəsi çərçivəsində 3-18 yaşlı uşaq və yeniyetmələrin, onların analarının psixo-emosional vəziyyəti ilkin olaraq qiymətləndirilib. Qiymətləndirmə zamanı məlum olmuşdur ki, uzun illər müharibə ərazisində yaşayan insanlar bu vəziyyətə qismən adaptasiya olunublar. Müharibə zamanı mərmi atışlarının, ölümlərin, dağıntıların bilavasitə şahidi olan uşaqlarda, eləcə də böyüklərdə daha çox itirmək qorxusu yaranıb, həyəcanlılıq səviyyəsi artıb, bir çox hallarda isə psixoloji travmanın fəsadları müşahidə olunub. Eləcə də həyat tərzinin pandemiya şəraitinə uyğunlaşdırılması, bəzi kəndlərdə uşaqların onlayn təhsilə qoşulma imkanlarının məhdud olması uşaq və yeniyetmələrin təlim fəaliyyətindən geri qalmasına səbəb olmaqla yanaşı, öz yaşıdları ilə davamlı ünsiyyət saxlamasına, bölüşməsinə maneələr yaradıb. Bütün bu hallar da uşaq və yeniyetmələrin psixo-emosional vəziyyətinə mənfi təsir göstərir:
"Yəqin ki, texniki səbəblərdən irəli gələn problemləri həll etmək mümkündür və bu, vacibdir. Çünki uşaqların təlim fəaliyyəti onların inkişafının mühüm hissəsidir. Psixoloji travmanın yaratdığı fəsadları aradan qaldırmaq mümkün olmasa da, travmaya olan reaksiyaları normallaşdırmaq mümkündür. Bunun üçün də uzunmüddətli, sistematik və davamlı terapiya və reabilitasiya işi aparılmalıdır. Bu səbəbdən də xüsusən həmin regionlarda ixtisaslı kadrların sayı və peşəkarlığı artırılmalıdır".
Z. Sadıqova əlavə edib ki, qiymətləndirmə nəticəsində toplanan məlumatlar əsasında karantin rejiminin qaydalarına riayət olunmaqla fərdi və qrup terapiyalarına artıq başlanılıb. Uşaq və yeniyetmələrin yaş və probleminə görə qruplar yaradılmış, psixoloqlar tərəfindən hazırlanmış proqram əsasında həm uşaq və yeniyetmələr, həm də onların valideynləri ilə psixoloji iş aparılır. Proqramın əsasını iştirakçıların daha çox hiss və emosiyalarının ifadə olunmasına, empatiya qurmasına, cari vəziyyətini dərk etməsinə, özünü tanımasına və s. yönəlmiş tapşırıqlar təşkil edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
XƏBƏR LENTİ
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı





