Cəmiyyət

Bulvarda özünü dənizə atan gənc qız xilas edilib

19 Yanvar 2021 13:39
Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Səbail rayonunda gənc qız intihara cəhd edib.

Bu barədə hadisə şahidləri baku.ws-in qaynar xəttinə məlumat veriblər.

Bildirilir ki, gənc qız Bakı Bulvarında suya atılıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Onların səyi nəticəsində qız dənizdən çıxarılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.