İslahatlar media sahəsinə də çatdı - Baş redaktorların fikirləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatlar media sahəsinə də çatdı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılması bunu deməyə əsas verir. Azərbaycanda yeni yaradılan Medianın İnkişafı Agentliyi yeni innovativ əsalarda və yeni keyyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.
"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yazılı mətbuatı əhatə edirdisə, yeni agentliyin həm "online" media, agentliklər, adi vizual media, jurnalistlərin xaricdə təhsil alması və hansısa qanunun pozulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət kimi genişləndirilmiş səlahiyyətləri var".
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib. Onun sözlərinə görə, yeni yaradılan agentliyik Azərbaycan mediasının inkişafına təkan verəcək:
"Yeni agentliyin yaranmasını çox yüksək qiymətləndiririk, bu, Azərbaycan Prezidentinin mediaya diqqətinin növbəti bir sübutudur. Bilirik ki, son vaxtlar söhbətlər gedirdi, informasiya texnologiyaların və komunikasiyaların inkişafı, bunlar medianın qarşısına yeni tələblər qoyur və medianın yeni formaları yaranır. Bu baxımdan, indi həm mətbuatın inkişafının dərinləşdirilməsi barədə və yeni agentliyin yaranması, orada nəzərdə tutulan məqamlar daha geniş spektri əhatə edəcək.
Düşünrəm ki, bunların hamısı mediamızın inkişafına bir kömək olacaq. Eyni zamanda, media haqqında qanunun iki ay ərazində hazırlanması nəzərdə tutulur. Biz də arzu edərdik ki, bu da geniş spektrli jurnalistlərin, mütəxəssislərin müzakirəsinə verilsin. Çünki informasiya texnologiyaları sürətlə inkişaf edir, çox güman ki, tez-tez bu qanunda dəyişikliklərin edilməsi gələcəkdə də vacib olacaq.
Hesab edirəm ki, ölkədə son vaxtlar baş verən sürətli inkişaf prosesi mediaya da şamil olunur. Media bu işlərdən kənarda qalmamalıdır, bu proseslərlə ayaqlaşmalıdır".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da qeyd edib ki, Medianın İnkişafı Agentliyinin yaradılması milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər:
"Eyni zamanda, milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Məsələ ondadır ki, milli informasiya məkanımızda keyfiyyət dəyişiklərinin yaradılması zərurəti hər bir media mənsubu tərəfindən dərk edilən, hətta deyərdim ki, arzuedilən bir həqiqət idi. Bunu zəruri edən təkcə klassik medianın ənənəvi problemləri deyildi. Eyni zamanda, hazırda müxtəlif internet resurslarında formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biri idi.
Milli informasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimzə təsiri məsələləri kompleks şəkildə yanaşma tələb etməklə sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məslələrini aktuallşadırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası, yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilə bilməməsi gerçəkliyi idi".
"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə Trend-ə açıqlamasında bildirib ki, son dövrdə informasiya məkanında arzuolunmaz halların sayı çoxalmışdı, bu da mənfi nəticələrə gətirib çıxara bilərdi:
"2-ci Qarabağ Müharibəsi zamanı media məkanında çoxdan bəri müşahidə olunan problemlər daha da kəskinləşdi. Söhbət informasiya təhlükəsizliliyindən, informasiya çirkliliyindən və KİV üzərindən həyata keçirilən təxribat əməllərdən gedir. Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, müxtəlif şəxslərə, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.
Mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdı".
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, Prezident İlham Əliyev Medianın İnkişaf Agentliyini təsis etməklə mediamızın inkişaf tarixində keyfiyyətcə yeni mərhələ açdı:
"Media islahatında nəzərdə tutulmuş istiqamət və mövzular o qədər dərin və əhatəlidir ki, onların həyata keçirilməsi ölkəmizdə media sektorundakı ümumi mənzərəni və inkişaf təmayüllərini köklü şəkildə dəyişəcək. MEDİA-nın yeni rəhbərliyinin media sektorumuzun inkişafı sahəsindəki son çağırışlarla və durumla bağlı iş təcrübəsinə malik olması deməyə əsas verir ki, Agentlik cənab Prezidentin media qarşısında qoyduğu yeni inkişaf tələblərini əhəmiyyətli səviyyədə icra edə biləcək.
İslahatlar medianın dövlət maliyyələşməsini, metodik dövlət və peşə platforması ilə təmin edilməsini, ən yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, jurnalistlərin peşəkarlıq və təhsil səviyyəsinin artırılmasını, media-dövlət-cəmiyyət üçbucağında sağlam və şəffaf əməkdaşlığın daha da möhkəmlənməsini, medianın bütün qurumlarında məsuliyyət və etik-peşə davranışlarının daha təkmil hala gətirilməsini, beynəlxalq əlaqələrin həqiqətən qarşılıqlı faydalı platformaya çevrilməsini yüksək səviyyədə təmin edə biləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi





