Xüsusi təyinatlı şəhidin öz otağında muzeyi yaradılıb - Trend-in şəhid evindən VİDEOREPORTAJI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu dəfə sizə tanıdacağımız şəhid, Vətən müharibəsində canından keçən Eşqin Mehdilidir. Eşqin Mehdili, Füzuli şəhərinin işğaldan azad olunması uğrunda əbədiyyətə qovuşan qəhrəmanlarımızdan biridir. Ailəsi onun yaşadığı evin bir otağını ayrıb və onun üçün ev muzeyi edib.
Mehdili Eşqin Tərlan oğlu, 2001-ci ilin oktyabrın 10-da Beyləqan rayonunun Baş Əlinəzərli kəndində anadan olub. Oktyabr ayında dünyaya gələn Eşqin, 2019-ci ilin oktyabrında hərbi xidmətə yola düşüb. 2020-ci ilin oktyabrın 14-ü şəhid olub.
Eşqin anasını itirəndə 12 yaşı olub. 3 qardaşın sonbeşiyi olan Eşqin anasının yoxluğu ilə barışmaqda çətinlik çəkib. Bir az ərkəsöyünlük edirmiş amma ailədə hərkəs onu çox sevib. Evdə özü üçün otaq ayırmaq istəyən Eşqinin atası indi onun istədiyi otağı onun üçün ev muzeyi edib.
Milli.Az bildirir ki, Trend-in Qarabağ Bürosunun çəkliş qrupu şəhid Eşqin Mehdilinin evində olub. Ailəsindən bildirilib ki, Eşqinin anasından yadigar qalan ailədə 3 oğulun 2-si hələ də hərbi xidmətdədir. Böyük qardaşları ilə danışanda deyirmiş ki, bu torpaqları niyə almırsınız, mən hərbi xidmətə gedəndə o torpaqları alacam. Eşqini hirsləndirmək üçün isə qardaşları ona "hə bilirik Lələ təpəni sən almısan Eşqin" deyirdilər. Ağbirçək nənəsi Eşqinlə fəxr edir, deyir ki, Eşqin sözünü tutdu. Dedi də, dostları ilə birlikdə o torpaqların alınmasında iştirak etdi də...
Eşqinin qəhrəmanlığı ilə qürur duyan, amma yoxluğuna barışa bilməyən bibisi qızı Dünya, babalarının ən çox sevdiyi nəvəsinin Eşqin olduğunu deyir: Məhz buna görə də babam ona NƏR balam deyirdi.
Eşqinin bu dünyadakı diləklərinin hamısı oktyabr ayında baş tutdu. Kəlbəcərdə başlayan döyüş yolu, Cəbrayıl və daha sonra Füzulidə bitdi. O vətən yolunda bitirdiyi gənc ömrünü əslində ölümsüzləşdirdi. Mükafatların ən alisini - Şəhidlik zirvəsini fəth edən Eşqinin qəhrəmanlığını Ali Baş Komandan da qiymətləndirdi. Eşqin Mehdili Vətən uğrunda gedən döyüşlərdəki xidmətinə və göstərdiyi şücaətə görə 2 medal ilə təltif olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
XƏBƏR LENTİ
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq





