Cəmiyyət

Bu ölkələrdən ət məhsullarının idxalına qadağa qoyuldu - VİDEO

9 Yanvar 2021 12:48
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddətdir ki, bəzi xarici dövlətlərdən ölkəmizə ət məhsullarının idxalına qadağa qoyulub. Artıq bu siyahı bir qədər də genişlənib. Quş əti və xırdabuynuzlu heyvanların daha 3 xarici mənbədən gətirilməsinə məhdudiyyət tətbiq olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, idxalına qadağa qoyulan ət məhsullarının gətirildiyi ölkələrlə bağlı əhatə dairəsi bir az da genişləndirilib. Qadağa həm xırdabuynuzlu, həm də quş ətinə aiddir.

Bundan əvvəl Ukraynanın 3 bölgəsinə tətbiq edilən qadağa artıq bu ölkənin daha bir bölgəsinə şamil olunacaq. Koreyanın isə bütün bölgələrindən diri quş və quş əti məhsullarının ölkəmizə idxalına məhdudiyyət tətbiq edilib. Məhdudiyyət "quş qripi" xəstəliyi ilə bağlıdır.

Bundan əlavə, Bolqarıstan ərazisində xırdabuynuzlu heyvanlarda meydana çıxan xəstəlik səbəbindən oradan bu kateqoriyadan olan ətlərin idxalına qadağa qoyulub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna, Koreya və Bolqarıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.