Cəmiyyət

Nazirlik: "Ekoçantalardan istifadə edənlərin sayı artıb"

7 Yanvar 2021 14:07
Baxış: 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekoçantalardan istifadə edənlərin sayı artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.

O bildirib ki, yeni il ərəfəsində ekoçantalara xüsusi endirimlər də olub: "Bununla insanların diqqətini cəlb etməyə çalışırdılar. Alternativ çeşidlərin çoxalmasına çalışmalıyıq".

Supermarket nümayəndəsi Allahverdi Quliyev qeyd edib ki, polietilen torbaların mikronunu artırmaqla bağlı istehsalçılara sifariş verilib: "Mikronu yüksək olan paketlər xarici ölkələrdə pulludur. Bu səbəbdən müştərilər buna önəm vermir. Biopaketlərə üstünlük verir. Düşünürəm ki, bioçantalara keçilsə, daha yaxşı olar".

Digər supermarket nümayəndəsi Rauf Rəfiyev qeyd edib ki, artıq 15 mikrondan az olan torbalar istehsalçı firmalara qaytarılır və marketdə mikronu yüksək olan torbalardan istifadə olunur.

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Araz Əliyev qeyd edib ki, ekotorbalar pullu, digər torbalar pulsuz olacaqsa, çox az müştəri bunlardan istifadə edəcək: "İqtisadi şərait də bərabər olmalıdır. Bundan başqa, kağız torbaların istehsalı daha baha başa gəlir, amma onlar insan həyatı üçün təhlükəsizdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.