Cəmiyyət

Karantin postlarından 2225 avtomobil geri qaytarılıb, 2025 nəfər cərimələnib

4 Yanvar 2021 16:02
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 2021-ci il yanvarın 3-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2225 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.