Cəmiyyət

Şəhid gizirimiz Şahin Qədirovun doğum günüdür - VİDEO

4 Yanvar 2021 10:05
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Doğum günü onu təbrik etməyənlərdən küsür, doğmalarından, yaxınlarından isə sürprizlər gözləyərdi. Özəl günlərə xüsusi önəm verən Şahin, özü də heç kimi diqqətdən kənarda qoymazdı.

Milli.Az-ın məlumatına görə, həm Aprel, həm Tovuz döyüşlərinin qalib cəngavəri olan Şahin Qədirov Vətən müharibəsinə də başı dik, alnı açıq yollanır. Xüsusi təyinatlıların giziri olan qəhrəmanımız Cəbarayıl uğrunda gedən döyüşlərin birində ölümdən son anda qurtulsa da, növbəti dəfə yoldaşlarını xilas edərkən şəhadətə yüksəlir.

Bu gün Şahinin doğum günü tortunu yeganə balası Bayram kəsdi, atasının qonaqlarını o qarşıladı, bütün ailəsinin tək təsəllisi oldu.

2013-cu ildə "Azərbaycan Respublikasi Silahli Qüvvələrinin 95 illiyi", 2019-cu ildə "Azərbaycan Ordusunun 100 illiyi" və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif edilən igidimiz ölümündən sonra da "Cəbrayılın azad olunmasına görə" , "Vətən uğrunda" və " Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Ucaldığın zirvən, şəhadətin, sənsiz keçən ilk doğum günün mübarək, yoldaş gizir!

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.