Cəmiyyət

25 günlük körpənin yumurtalığından nəhəng törəmə çıxarıldı - BAKIDA - FOTO

30 Dekabr 2020 20:40
Baxış: 2 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 25 günlük qız uşağının anadangəlmə, bətndaxili əmələ gəlmiş yumurtalıq kistası əməliyyat olunub.

Milli.Az xəbər verir ki, körpənin USM müayinəsində qarın boşluğunda nəhəng şiş aşkarlanıb. Əvvəlcə bunun nə olduğu bilinməyib.

Valideynlər uşaq cərrahına müraciət edirlər.

Aparılan müayinələr göstərib ki, körpənin sol yumurtalığında 10 sm ölçüdə nəhəng kist var.

Gözləmək riskli idi, o hər an partlaya və ya burula bilərdi.

Cərrah və komandası 3 kiloqramlı1 25 günlük körpə üzərində təcili əməliyyat aparır və yumurtalıq qorunmaqla kist çıxarılır. Kistn içindən 150 ml maye boşaldılıb.

Əməliyyat uğurla keçib, körpə hazırda normal və sağlamdır. /medicina.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.