Cəmiyyət

SMS-icazəsi olan Bakı sakini cərimə olunub - VİDEO

23 Dekabr 2020 12:09
Baxış: 3 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SMS-icazə alan vətəndaş polis tərəfindən cərimə olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakini Azad Nəbiyev 20 dekabr tarixdə evdən çıxarkən 8103-ə SMS göndərərək 3 saatlıq hərəkət icazəsi alıb. Ancaq vətəndaş yaşayış yerini tərk etdikdən bir qədər sonra telefonuna həmin icazəni təkzib edən daha bir mesaj gəlib.

Bir qədər sonra isə həmin vətəndaş polis tərəfindən yoxlanıb və karantin rejimi qaydalarını pozaraq yaşayış yerini icazəsiz tərk etdiyi üçün 200 manat məbləğində cərimə edilib.

Maraqlıdır ki, vətəndaş elə polis əməkdaşının yanında növbəti dəfə 8103-ə mesaj göndərib və yenə də eyni vəziyyət ilə qarşılaşıb.

Mövzu ilə bağlı "ASAN xidmət"dən "Xəzər Xəbər"ə bildirilib ki, vətəndaşın şikayəti əsasında məsələyə baxılıb və qeyd olunan vaxtda Azad Nəbiyev icazəli olduğu üçün ona tərtib edilən protokol əsassız hesab edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də məraciət edilib və hazırda aidiyyəti üzrə araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.