Cəmiyyət

Bu şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək

21 Dekabr 2020 11:25
Baxış: 1 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 19-da "Virtual məktəb"də keçirilən virtual qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 19-da "Virtual məktəb"də əsas məqsədi IV, VI və IX sinif şagirdləri arsında keyfiyyət göstəricilərini müəyyən etmək olan onlayn milli qiymətləndirmə təşkil edilib.

"Microsoft Teams" platforması üzərindən təşkil olunan budəfəki qiymətləndirmədə ümumi təhsil pilləsində keyfiyyət göstəriciləri ilə yanaşı, elektron sistemin imkanları da texniki olaraq dəyərləndirilib. Bir daha qeyd olunmalıdır ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədrsi ili ərzində mütəmadi təşkil olanacaq:

"Texniki səbəblərdən sözügedən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək. Bu barədə ictimaiyyət məlumatlandırılacaqdır.Qeyd edək ki, mövcud şərait nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyasının qərar layihəsi artıq hazırlanıb. Hazırda layihə üzrə rəy və təkliflər toplanılır. Bununla bağlı tezliklə geniş məlumat veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.