Cəmiyyət

Bakıda bu yola şəhidlərin şəkli vuruldu - VİDEO - FOTOlar

18 Dekabr 2020 13:09
Baxış: 1 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərin fotoşəkillərindən ibarət lövhələr qoyulub. Orada şəhidlər haqda məlumatla yanaşı şəhidliklə bağlı ibrətamiz fikirlər də əks olunub.

Həmin lövhələrdə təkcə Vətən müharibəsi qəhrəmanları deyil, həm də Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız yer alıb. Onların arasında Milli Qəhrəmanlar - Əliyar Əliyev, Allahverdi Bağırov, Polad Həşimov, Mübariz İbrahimov da var.

Binəqədi Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, həmin lövhələr icra hakimiyyətinin deyil, sakinlərin təşəbbüsü ilə qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən həmin fotoşəkilləri təqdim edir:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.