Cəmiyyət

Təcili tibbi yardımın işi hədsiz yüklənib - Səbəb nədir? - VİDEO

16 Dekabr 2020 10:24
Baxış: 1 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar koronovirusa yoluxanların sayının həddindən artıq olması təcili tibbi yardıma edilən zənglərin sayının 3-4 dəfəyə qədər artmasına səbəb olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, insanların böyük böyük əksəriyyəti koronavirusla bağlı çağırış istəyirlər.

Bakı Şəhəri Təcili Tibbi Yardım Xidmətində Operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyevanın sözlərinə görə, bəzən insanlar bura zəng vurub düşə bilmədiklərini, və ya təcili yardım avtomobillərinin gec gəlməsindən şikayətləndiklərini bildirirlər. Bunun isə bir çox səbəbləri var.

Mərkəzdə çalışan tibb işçiləri də deyir ki, son günlər işlərinin çoxalması insanlar arasında problemin yaranmasına gətirib çıxarır.

Nuridə Fərzəliyevanın sözlərinə görə, təcili yardımda yaranan problemlərdən biri də əhali sayına görə təcili yardım briqadasının say nisbətidir. Belə ki, zəng və çağırışların sayı çox, təcili yardım briqadası isə azdır. Bu da öz növbəsində təcili yardımın gecikməsinə səbəb olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.