Vətən müharibəsinə şücaət göstərən hərbçilərimizdən biri də Tural Məmmədov olub.
Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, ailəsindən xəbərsiz orduya yazılan, özü yaralı olduğu halda döyüş meydanından 6 yaralını çıxarıb yenidən döyüşə qayıdan, Şuşa uğrunda gedən döyüşlərdə ürəyindən vurulan şəhid Tural Məmmədov 42 yaşındaydı.
Şəhid olan günü anasının yuxusuna girib Tural, yaralı olduğunu deyib. Könül xanım oğlunun şəhid olduğunu hiss edib, düşünüb ki, həmin gün Turalın xəbəri gələcək. Deyir ki, analar hiss edər övladlarının aldığı nəfəsin son nəfəs olduğunu... Amma Turalın sevdiyi qızın kim olduğunu bilmək ona qismət olmayıb...
Tural bacısını "qızım" deyə əzizləyib. Dərdini də dinləyib, sərini də.
Bu ailədə Turalın gözünü yolda qoyduğu təkcə böyüklər deyil, onun qohumları olan uşaqlar da darıxırlar. Dediklərinə görə, Tural onların hamısıyla dost olub, ona görə də indi yeri heç nəylə dolmur.
Sən bizim də fəxrimizsən, Şuşanın dağlarında ürəyini qoyan oğlan! Uğrunda canından keçdiyin bu Vətən torpağı sənə və sənin timsalında bütün şəhidlərimizə minnətdardır. Şəhadətin mübarək olsun!
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az