Cəmiyyət

Azərbaycan Gənclərinin IX Forumuna hazırlıq başladı

4 Dekabr 2020 15:42
Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin dekabr ayında "Biz birlikdə güclüyük!" şüarı altında Azərbaycan Gənclərinin IX Forumunun keçirilməsi nəzərdə tutulub. Gənclərin geniş iştirakını təmin etmək məqsədi ilə Forum ənənəvi olaraq 2 mərhələdə keçirilir: 2-18 dekabr tarixlərində zona toplantıları,24 dekabr tarixdə isə Respublika final toplantısı.

Milli.Az bildirir ki, 2 dekabr tarixdə Şəki-Zaqatala zonası üzrə Balakən rayonunda keçirilmiş zona toplantısında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Millət Vəkili Vüqar İsgəndərov iştirak ediblər.

250 nəfərdən artıq gəncin iştirakı ilə keçirilmiş zona toplantısında Azərbaycanın yeni tarixinin yaradıcısı, Gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ, "Böyük Qayıdış"da gənclərin vəzifələri və Gənclərin sağlamlığı - xalqın sağlamlığıdır mövzularında çıxışlar dinlənilib. Rəsmi qonaqların çıxışlarından sonra toplantı iştirakçılarının sualları cavablandırıldı, ətraflı fikir mübadiləsi aparıldı.

Zona toplantısı Şəki-Zaqatala zonası üzrə Forumun yekun mərhələsində iştirak edəcək nümayəndələrin şeçilməsi və Qətnamənin qəbulu ilə başa çatdı.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.