Gülnarə Xəlilovanın kolleksiyasından nümünələr Sofiyada nümayiş olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Bolqarıstanlı rəssam Petya İlievanın birgə təşkilatçılığı, həmçinin Bolqarıstanın sonuncu Çarı və sabiq Baş naziri Simeon Saks-Koburqunun (II Simeon) himayədarlığı ilə Sofiyada "Diplomatiya üçün incəsənət" təşəbbüsü çərçivəsində daha bir uğurlu layihə həyata keçirilmişdir. Layihədə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklər iştirak etmişdir.
Məqsədi xarici ölkələrin milli geyim nümunələrinin nümayişi vasitəsilə Bolqarıstanda akkreditə olan səfirliklərin mənsub olduğu ölkələrin zəngin tarixi və mədəni irsinin təbliği olan bu tədbirdə ölkəmizin də milli geyimləri nümayiş olunmuşdur.
Defiledə Səfirlik ölkəmizin aparıcı modelyerlərindən olan və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın müəllifi olduğu "Qarabağ" Azərbaycan Milli Geyim kolleksiyaslndan olan geyim nümunələri ilə təmsil olunmuşdur.
Defiledə həmçinin Azərbaycan milli kostyumları barədə məlumat verilərək bildirilmişdir ki, Azərbaycan milli geyimlərinin üslub və xüsusiyyətləri əsrlər boyu inkişaf etmiş və bədii zövq, biçim, rəng, dini simvolizm, milli ənənələr və s. geyimlərə təsir göstərmişdir. Azərbaycan milli geyimləri bir neçə mərhələdə formalaşmaşdır. Hər bir mərhələ dəyişən zövqlərə və yaşayış şərtlərinə uyğun olaraq daha da inkişaf etmiş və eyni zamanda milli geyimin köklərinə sadiq qalmışdır. Milli geyimlər Azərbaycanda Səfəvilər hakimiyyəti dövründə (1501-1722) ilk xüsusiyyətlərini qazanmış və xanlıqlar dövründə bölgələrə görə daha kəskin şəkildə fərqlənmişdir. Dünyada olduğu kimi, Azərbaycanda da tarix və coğrafiya geyimlərin forma və rəngini müəyyənləşdirmişdir. Geyimlər ilk növbədə cəmiyyətdəki dəyişiklikləri əks etdirmiş və qədim zamanlardan bəri mövcud sadə geyim formaları tədricən daha mürəkkəb biçimlərlə əvəz olunmuşdur.
Azərbaycanın təbii sərvətlər və mədəni irsinin zənginliyi onun ənənəvi geyim çeşidlərinə də təsirsiz ötüşməmişdir. Ənənəvi kostyumlar alt və üst, aşağı və yuxarı hissə geyimlərindən ibarətdir. Alt geyimlərə dizlik və köynək daxil olduğu halda, üst geyimlər isə şalvar, tuman, kofta və arxalıqdan ibarətdir. Soyuq havalarda eşmək, kürdü və ya kürk ilə birgə arxalıq üzərindən baharı və ya küləcə geyinilirdi. Arxalıq bölgələrə görə fərqlənirdi. Belə ki, Qarabağ arxalığı kvadrat yaxalıqlı olub su zanbağına bənzədiyi halda, Bakı arxalığı dördbucaqlı formaya malik idi. Naxçıvan, İrəvan və Qazax arxalıqlarının yaxaları açıq olub bəzəkli idi. Milli geyimlər baş geyimi və ayaqqabı ilə tamamlanırdı.
Defiledə milli geyimlərimizi nümayiş edən Bolqarıstanın Teatr və Kino Sənəti üzrə Milli Akademiyasının tələbələri Azərbaycan milli musiqisinin sədaları altında səhnəyə çıxmış və auditoriya tərəfindən böyük heyranlıqla qarşılanmışdır.
Layihə çərçivəsində həmçinin mili geyim barədə məlumatlar və foto-şəkillərdən ibarət broşürlar çap olunmuşdur.
Qeyd edək ki, Səfirlik ötən il də "Diplomatiya üçün incəsənət" layihəsində iştirak edərək Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan "Çələbi" xalçası ilə təmsil olunmuş və ölkəmizin çoxəsrlik xalçaçılıq ənənələrini təbliğ etmişdir. "Çələbi" xalçası və Bolqarıstan xalçaçılıq nümunəsindən ibarət fotokollaj şəhərin əsas meydanında - Bolqarıstan Elmlər Akademiyasının yanında qurulmuş və indiyədək orada qalmaqdadır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı





