Cəmiyyət

İnfeksionistdən SOS - Gündəlik yoluxma sayı 6 mini ötəcək

2 Dekabr 2020 05:30
Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ciddi tədbirlərin görülməsi zəruridir. Çünki yaz və yay aylarında 500 yoluxma sayı var idi və biz ciddi qapanmaya getmişdik. İndi isə yoluxma sayı 4000-dən artıqdır. Odur ki, karantin tədbirlərinin sərtləşdirilməsi vacibdir, ən azı 2-3 həftə".

Milli.Az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında infeksionist, parazitoloq Vüqar Cavadzadə deyib. Həkim bildirib ki, yoluxma sayının artmasının əsas səbəbləri mövsüm və insanların etinazsızlığı ilə bağlıdır:

"Bu, gözlənilən idi. Eyni zamanda müharibənin qələbə ilə bitməsi münasibətilə əhalinin birlikdə sıx toplaşması, bayramlaşması, bu günü qeyd etməsi müəyyən rol oynadı. Əlbəttə ki, şəhidlərin dəfn mərasimlərində iştirak etmək lazımdır, lakin maska taxmaq mütləqdir. Bütün bunlar istər-istəməz virus infeksiyasının yayılmasına səbəb olur. Yoluxmanın artmasına təsir göstərən amillərdən biri də ictimai nəqliyyatdır. İctimai nəqliyyatda sıxlıq daha yüksəkdir".

Həkimin sözlərinə görə, əgər daha ciddi tədbirlər görülməzsə, dekabr ayında da yoluxma sayında rekord göstəricilər nəzərə çarpacaq:

"Burda əhalinin də məsuliyyəti önəmlidir. Hələ də küçədə maskasız gəzən insanlar var. Hələ qış fəsli daxil olmayıb, əhali qaydalara əməl etməzsə, təbii ki, getdikcə artacaq. İndi yoluxma sayı 4000-dirsə, gələn aylarda bu rəqəmlər 5000-6000 və daha çox ola bilər. Bu isə səhiyyə sisteminin həddən artıq yüklənməsi deməkdir.

Artıq 9 aydır ki, dünya bu virusla mübarizə aparır, əhalinin kifayət qədər məlumatı var. Etinasız yanaşan insanlar bilməlidir ki, xəstəxanaya düşüb daha ağır xəstəliyə düçar olanda peşman olacaqlar və olurlar da. İnanmayan insanlar xəstəxanada o əziyyəti çəkəndən sonra təəssüf hissi keçirdiyini deyir. Maska taxmamaq eyni zamanda başqalarının da yoluxmasına səbəb olur. Məsləhət görərdim ki, hər birimiz profilaktik tədbirlərə əməl edək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.