Cəmiyyət

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır

26 Noyabr 2020 12:09
Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın zamanlarda Azərbaycan-İran sərhədində avtomobil körpüsünün tikintisinə başlamaq planlaşdırılır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Nazirlik nümayəndəsinin sözlərinə görə, ötən ilin sonunda Azərbaycan-Rusiya sərhədində, Samur çayı üzərində təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün vacib əhəmiyyət daşıyan körpünün tikintisi başa çatıb:

"Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun tikintisi davam edir. Bu yolun 2021-ci ilin sonunadək başa çatması planlaşdırılır".

Nazirlikdən bildiriblər ki, Azərbaycan öz ərazisində regionda əməkdaşlıq üşün yaxşı perspektivlər açan və Hindistan, Pakistan, İran, Fars körfəzinin digər ölkələrindən Şimali və Qərbi Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yüklərin daşınma müddəti və məsafəsini əhəmiyyətli dərəcədə azaldacaq "Şimal-Cənub" nəqliyyat layihəsinin reallaşdırılması ilə bağlı bütün işləri başa çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.