Cəmiyyət

Aysu daha atasına gül gətirməyəcək... - FOTO

4 Noyabr 2020 18:00
Baxış: 3 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"National Geografic" jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Ermənistanın mülki əraziləri atəşə tutması nəticəsində həlak olan Bərdə rayon sakini 7 yaşlı Aysu İsgəndərovanın dəfn mərasimini işıqlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fotojurnalist dəfn zamanı çəkdiyi şəkilləri öz instaqram hesabında paylaşaraq belə şərh verib:

"Aysu daha atasına gül gətirməyəcək.

Erməni hərbçiləri tərəfindən Bərdə şəhərinə atılan klaster bombasına tuş gələndə 7 yaşında idi.

Bombardman baş verən zaman kiçik bacısı ilə birlikdə valideynləri üçün çiçək yığırdı. Kiçik bacısını qorumaq üçün onun üzərinə sıçradı. Bacısının həyatını xilas edərək həlak oldu.

Qəhər içində olan atası Rövşən ağlaya-ağlaya onun qəbrini təmizlədi və yanındakı torpağın öldüyü zaman onun üçün saxlanılmasını istədi.

Rövşən 7 yaşında erməni bombardmanı nəticəsində öldürülən qızı Aysudan daha heç vaxt çiçək almayacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.