Cəmiyyət

Azərbaycan əhalisi nağd avro alışını artırıb

3 Noyabr 2020 11:01
Baxış: 1 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin sentyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 27,6 mln. avro təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.

Milli.Az APA-ya istinadən bildirir ki, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə isə 29,5% azalıb.

Bundan başqa, sentyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 5,03 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 21,9%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 3,3 dəfə azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.