Uşaqların həyatı təhlükədə: Keçməyə yol olmur, söyüş söyürlər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
9 mərtəbəli yaşayış binasının qarşısında çox kiçik bir boş ərazi var. Burada həm uşaqlar oynayır, asudə vaxtını keçirir, həm də avtomobillər hərəkət edir. Və bunlar hər ikisi üst-üstə düşəndə burada çox təhlükəli vəziyyət yaranır. Sakinlərin dediyinə görə, burada dəfələrlə uşaqları avtomobil vurub.
Milli.Az bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.
Sakin: "Uşaqlar maşın yolunda oynayırlar. 2 dəfə maşın vurub uşaqları, xəstəxanaya düşüblər. Problem axır vaxtlar lap çoxalıb. Çünki uşaqların və maşınların sayı da artıb".
Görüntülər paytaxtın Xətai rayonu, Sarayevo 18 ünvanındandır. Burada uşaqların avtomobil yolunda oynamasına, bina sakinlərinin də oturmağa yer tapmamasına səbəb isə ərazidə olan müxtəlif obyektlərdir.
Sakin: "Gecə burda dava düşür, maşınla. Maşınlar gəlir, keçməyə yol olmur, söyüş söyürlər. Yer yoxdur, klinikanı da gətirib burada tikdilər".
Çoxmərətəbli yaşayış binasının həyətyanı sahəsinin zəbt olunması ilə yanaşı, avtomobillərin də alternativ yol kimi buradan istifadə etməsi vəziyyəti qəlizləşdirir.
Vətəndaşlar təhlükənin qarşısını almaq üçün süni maneələrdən istifadə etməyə çalışır. Amma bu da çıxış yolu deyil. Çünki sakinlərin qoyduğu maneələri sürücülər götürüb yolun kənarına atırlar, yenə də həmin vəziyyət yaranır".
Elnur Fərzəliyev - Ekspert: "Qanunvericilikdə tikilən hər bir binanın həyətyanı əraziləri həmin binaların sakinərinin sayına uyğun ayrılır. Bu tikinti normativlərində belədir".
Son illər bu normativlərə əməl edilmədiyini deyən ekspertlər aidiyyəti qurumları ittiham edir.
Elnur Fərzəliyev - Ekspert: "Qanunvericilik buna imkan verməsə də, onların, demək olar ki, böyük əksəriyyəti icazə ilə tikilir. İstənilən tikinti aparan iaşə obyektinə biz yaxınlaşsaq, onun istər bələdiyyədən, istər yerli icra hakimiyətlərindən tikinti ilə bağlı müəyyən sənədləri və sərəncamları olduğunu görərik".
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyətindən isə bildirildi ki, həmin obyektlərin tikintisinə icazələr illər əvvəl verilib. Hazırda sözügedən ərazi ilə yanaşı, başqa bir neçə küçəyə baxış keçirilib və orada abad həyətlərin salınması layihələri var.
Pənah İmanov - Xətai RİH-in şöbə müdiri: "İşləri görən zaman orada uşaqlar nəzərə alınır, uşaqların əylənməsi üçün əyləncə qurğuları qurulur. Tutalım ki, həyətdə hər hansı bir xeyir-şər evi var, əvvəllər istifadə olunub, indi isə istifadə edilmir. Sakinlərin istəyilə o da ordan götürülür yerində gözəl bir abad həyət salınır".
Qeyd edək ki, sözügedən layihənin paytaxtın bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi





