Cəmiyyət

Bakıda hamı bu polis zabitindən danışır... - İŞDƏN SONRA... - VİDEO

9 Sentyabr 2020 18:44
Baxış: 5 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bildirir ki, müxtəlif xeyirxah əməlləri ilə insanlar arasında sevilən Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Tural Sofuyevin hazırlaşdırdığı tələbələrdən biri Mənzərxanım Tağızadə redaktor.az-ın qonağı olub.

M. Tağızadə Tural Sofuyevlə tanışlığından və imtahanlarda ona göstərdiyi dəstəkdən danışıb.

Qeyd edək ki, polis leytenantı Tural Sofuyev yanvar ayında əvvəl 1 yaşlı oğlu Məhəmmədə kiçik toy edərkən körpələr evində məskunlaşmış 4 azyaşlını - Mərhəmət, Hacı, Novruz və Yusifi dəvət edib. Balaca qonaqlara da Məhəmmədlə birlikdə toy qiyafəsi geyindirilib və bəylik kürsüsünə əyləşiblər. Polis əməkdaşı həmin kimsəsiz körpələrin də sünnət xərclərini öz üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.