Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində A.Alxanov adına orta məktəbdə baş verib.
1982-ci il təvəllüdlü Elxan Ağayev həyat yoldaşı ilə məktəbə daxil olaraq direktor Gülnurə Babaşovaya hücum edib, kabinetini dağıdaraq oradakı marker qabını onun üzərinə atıb, nəticədə, baş nahiyəsinə xəsarət yetirib. Həmçinin uca səslə təhqiramiz ifadələr işlədərək məktəbin iş rejimini pozub.
Bildirilib ki, hadisədən bir müddət əvvəl Elxan həyat yoldaşının orta məktəbdə texniki işçi vəzifəsinə təyin olunması üçün müxtəlif qurumlara müraciət edib. Lakin G.Babaşova Elxanın pis vərdişlərinin olduğunu və aqressiv şəxs kimi tanındığını iddia edərək onun arvadını işə götürməkdən imtina edib. Bunu öyrənən 44 yaşlı kişi məktəbə hücum edərək direktorla münaqişə yaradıb.
Faktla bağlı Şamaxı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə açılmış iş baxılması üçün məhkəməyə göndərilib.
Məktəb direktoru məhkəmədən ona cəza verilməsini istəyib. Lakin məhkəmə Elxanın ilk dəfə cinayət törətməsini, azyaşlı övladlarını və digər halları nəzərə alaraq, sınaq müddəti verilməklə şərti cəza təyin edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu
-
Azərbaycanlı tələbə Gürcüstanda öldü
-
Ramil Quliyevin xanımı medaldan məhrum edildi - (Foto)
-
İlham Əliyev və Türkmənistan Prezidenti Şuşada yaşayan uşaqlarla görüşüblər - (Video)
-
İmişlidə ticarət obyektindəki yanğın söndürüldü - Yenilənib
-
İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
XƏBƏR LENTİ
-
Azərbaycan-Türkmənistan münasibətləri geniş regional əhəmiyyət daşımağa başlayıb - Sevil Mikayılova
-
Bakıda yalnız bir dəfə - dünyaca məşhur tango orkestri La Argenta Ensamble-nin konserti keçiriləcək - (Video/Foto)
-
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi!
-
İndiyədək “Miles&Smiles” layihəsi üzrə 29 mindən çox kart təqdim olunub - Bəhruz Nağıyev
-
İyunun 24-ü axşamdan hava dəyişir - Xəbərdarlıq
-
AYNA Dj Turala cavab verdi
-
Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu
-
Azərbaycanlı tələbə Gürcüstanda öldü
-
Əhməd əş-Şaranın Türkiyəyə səfəri gözlənilir
-
İstanbuldaki Azərbaycan məktəbində şiddət - Azyaşlıları döyən işçi saxlanıldı - (Video)
-
Rusiyada "Lukoyl" məntəqələrində yeni qaydalar qüvvəyə minib
-
Litva hökuməti istefa verdi
-
Sabah bütün müavinət və təqaüdlər ödəniləcək
-
"Apellyasiya prosesinin ödənişli olmasını istərdik" - Məleykə Abbaszadə
-
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb (Foto)
-
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib (Foto)
-
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər (Foto)
-
Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir
-
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar (Foto)
-
Bakıda moped sürənlərə xəbərdarlıq edildi
-
Ramil Quliyevin xanımı medaldan məhrum edildi - (Foto)
-
"Heç bir dünya ulduzu 2 saat toyda otura bilməz" - Nadir Qafarzadə - (Foto)
-
Rusiyadan Ermənistana xəbərdarlıq
-
İlham Əliyev və Türkmənistan Prezidenti Şuşada yaşayan uşaqlarla görüşüblər - (Video)





