İndiyədək “Miles&Smiles” layihəsi üzrə 29 mindən çox kart təqdim olunub - Bəhruz Nağıyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2019-cu ildən indiyədək 29 mindən çox müştəriyə "Miles&Smiles" kartları təqdim olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev təmsilçisi olduğu bank və Türk Hava Yolları arasında "Miles&Smiles" məhsulu üzrə Memorandumun imzalanması mərasimində deyib.
O bildirib ki, "Miles&Smiles" məhsulu 2019-cu ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir və tərəflər artıq yeddi ildir uğurlu əməkdaşlıq edirlər.
Onun sözlərinə görə, ötən yeddi il ərzində 29 mindən çox müştəriyə kart təqdim olunub, 200-ə yaxın tərəfdaş şəbəkə layihəyə qoşulub və bunun nəticəsində 700-ə yaxın brend kart istifadəçiləri üçün əlçatan olub.
"Bu göstəricilər bizim üçün mühüm nəticədir. Eyni zamanda əminəm ki, qarşıdakı dövrdə bu rəqəmləri daha da artıracağıq. Komandamızla birlikdə bu istiqamətdə davamlı çalışırıq", - deyə o vurğulayıb.
Bəhruz Nağıyev bildirib ki, layihə çərçivəsində müştərilər topladıqları millər hesabına indiyədək 84 mindən çox aviabilet əldə ediblər.
"Bu kart heç vaxt mənim üçün adi kart məhsulu olmayıb. Mən ona sadəcə bilet qazanmaq vasitəsi kimi baxmıram. Düşünürəm ki, səyahət etmək, müxtəlif ölkələri, mədəniyyətləri və insanları tanımaq şəxsi inkişaf üçün olduqca vacibdir. Bu səbəbdən biz əslində müştərilərə sadəcə mil deyil, xəyallarını reallaşdırmaq imkanı təqdim edirik", - deyə o qeyd edib.
Nağıyev əlavə edib ki, qarşıdakı üç il ərzində tərəflər arasında imzalanan yeni memorandum çərçivəsində daha böyük nəticələr əldə etmək məqsədi qoyulub.
"Hazırda əsas hədəfimiz müştərilərin gündəlik istifadə etdikləri xidmət və ticarət məkanlarını tərəfdaş şəbəkəmizə cəlb etməkdir ki, "Miles&Smiles'" kartı onlar üçün ən məntiqli seçim olsun", - deyə o bildirib.
Sonda Bəhruz Nağıyev Türk Hava Yolları və "PAŞA Bank" komandalarına təşəkkür edib, yeni memorandumun tərəfdaşlığın daha da güclənməsinə və müştərilər üçün yeni imkanların yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda yalnız bir dəfə - dünyaca məşhur tango orkestri La Argenta Ensamble-nin konserti keçiriləcək - (Video/Foto)
-
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi!
-
İndiyədək “Miles&Smiles” layihəsi üzrə 29 mindən çox kart təqdim olunub - Bəhruz Nağıyev
-
İyunun 24-ü axşamdan hava dəyişir - Xəbərdarlıq
-
AYNA Dj Turala cavab verdi
-
Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu
XƏBƏR LENTİ
-
“Zirə” yeni futbolçu transfer etdi
-
Prezident İlham Əliyev Dövlət qulluqçularını təltif edib
-
Azərbaycan-Türkmənistan münasibətləri geniş regional əhəmiyyət daşımağa başlayıb - Sevil Mikayılova
-
Bakıda yalnız bir dəfə - dünyaca məşhur tango orkestri La Argenta Ensamble-nin konserti keçiriləcək - (Video/Foto)
-
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi!
-
İndiyədək “Miles&Smiles” layihəsi üzrə 29 mindən çox kart təqdim olunub - Bəhruz Nağıyev
-
İyunun 24-ü axşamdan hava dəyişir - Xəbərdarlıq
-
AYNA Dj Turala cavab verdi
-
Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu
-
Azərbaycanlı tələbə Gürcüstanda öldü
-
Əhməd əş-Şaranın Türkiyəyə səfəri gözlənilir
-
İstanbuldaki Azərbaycan məktəbində şiddət - Azyaşlıları döyən işçi saxlanıldı - (Video)
-
Rusiyada "Lukoyl" məntəqələrində yeni qaydalar qüvvəyə minib
-
Litva hökuməti istefa verdi
-
Sabah bütün müavinət və təqaüdlər ödəniləcək
-
"Apellyasiya prosesinin ödənişli olmasını istərdik" - Məleykə Abbaszadə
-
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb (Foto)
-
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib (Foto)
-
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər (Foto)
-
Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir
-
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar (Foto)
-
Bakıda moped sürənlərə xəbərdarlıq edildi
-
Ramil Quliyevin xanımı medaldan məhrum edildi - (Foto)
-
"Heç bir dünya ulduzu 2 saat toyda otura bilməz" - Nadir Qafarzadə - (Foto)





