İran

Tehranda Əli Xameneiyə görə üç günlük tətil elan ediləcək

23 İyun 2026 18:48
Baxış: 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tehranda İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasiminə görə 3 günlük tətil elan olunacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Xameneinin vida və dəfn mərasimi ilə bağlı qurumun rəhbəri Sərdar Həsənzadə deyib.

Onun sözlərinə görə, Xamenei ilə vida mərasimi və cənazə namazı 4-5 iyul tarixlərində Tehranın Mosalla kompleksində təşkil olunacaq, 6 iyulda isə cənazə Quma yola salınacaq.

Bu üç gün ərzində Tehranda tətil elan ediləcək.

Qeyd edək ki, Nəcəf və Kərbəla şəhərlərində də vida mərasimi keçiriləcək, sabiq Ali Rəhbərin cənazəsi iyulun 8-də İraqa yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.