Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda mebel sexində çalışan, Lerik rayon sakini 21 yaşlı Vüqar Adnayevin Bilgəh çimərliyində batdığı bildirilir. Hadisə iyunun 20-dən 21-nə keçən gecə baş verib.
Milli.Az xəbər verir ki, Vüqar dostları ilə birlikdə Bilgəh ərazisində yerləşən çimərliyə gəlib və dənizdə gözdən itib.
Gəncin dayısı Elşad Şabıyevin sözlərinə görə, hadisə ilə bağlı Vüqarın dostunun verdiyi ilkin məlumatlarla sonradan ortaya çıxan faktlar arasında ziddiyyət yaranıb.
"Hadisə yerinə gələndə Vüqarın dostu Təvəkküllə danışdım. Dedi ki, paltarlarını geyiniblər, getməyə hazırlaşırdılar, ayaqları qumlu olduğu üçün suya girib təmizləmək istəyiblər. Bir anlıq arxaya çevriləndə isə Vüqarın olmadığını görüb, səslənsə də, cavab ala bilməyib. Dediyinə görə, su dizlərinə belə çatmırdı. Sonradan məlum oldu ki, Vüqarın paltarları maşında imiş. Dedim, Təvəkkül, yalan danışma, nə olubsa, düzünü de ki, ona uyğun hərəkət edək. Axırda dedi ki, başımı da kəssəniz, başqa bir şey deyən deyiləm", - deyə o əlavə edib.
Qeyd edək ki, hadisədən təxminən iki gün keçməsinə baxmayaraq, Vüqarın cəsədi hələ də tapılmayıb. Aidiyyəti qurumlardan verilən məlumata görə, 21 yaşlı gəncin axtarışları hazırda davam etdirilir. (Baku.tv)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
XƏBƏR LENTİ
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur





