Cəmiyyət

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqları azaldıldı

4 Sentyabr 2020 16:35
Baxış: 678
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə istifadə haqları azaldılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği"ndə dəyişikliklər edilib.

Dəyişikliklə yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün haqq 10 manatdan 2 manata, yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi və axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün haqlar 6 manatdan 1 manata endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.