Cəmiyyət

Bakıda əhali pullarını daha çox hara xərcləyib?

2 Sentyabr 2020 21:05
Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyun aylarında Bakıda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, vəsaitin 13,8 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,0 faizi elektrik malları və mebelin, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 10,2 faizi avtomobil yanacağının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Ümumilikdə, hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,0 faiz azalaraq 10 milyard 233,7 milyon manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni səviyyəsindən 1,0 faiz azalaraq 10 milyard 222,8 milyon manat təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.