Cəmiyyət

DİN-dən sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib

30 Avqust 2020 21:15
Baxış: 2 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi sosial şəbəkələrdə bu gün Xaçmaz rayonu ərazisində "Aşura" mərasiminin təşkili ilə bağlı videogörüntülər paylaşılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a bildirildiyinə görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində həmin mərasimin təşkil edilməsi barədə məlumat əldə edərək müvafiq tədbirlər keçiriblər.

Görüntülərdə olan şəxslər saxlanılaraq şöbəyə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və mövcud karantin rejimi qaydalarını pozan 10 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.