Cəmiyyət

Bakının bir neçə rayonu, Şirvan və Hacıqabulda su olmaycaq

27 Avqust 2020 12:52
Baxış: 1 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar 27 avqust 2020-ci il tarixində Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.