"Papanin" stansiyasında SON VƏZİYYƏT açıqlandı - Yaxın zamanlarda açıla bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ceyhun Səlimov küçəsi, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının (Hərbi Hospital) qarşısında yerləşən Bənövşəyi xəttin üçüncü (B3) stansiyasında son tamamlanma işləri davam edir.
Milli.Az bildirir ki, bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, işlər Bakı Metropoliteninin nəzarəti altındadır:
"Bu stansiya üç səviyyədən ibarətdir və hazırda da yerüstü səviyyədən platforma səviyyəsinə qədər olan hissədə tikinti ilə bağlı son tamamlanma işləri gedir. Burada işlərin hər biri ardıcıllıqla və texnoloji proseslərə uyğun şəkildə tənzimlənir. Eyni zamanda, stansiyanın təchizatı, yəni gələcəkdə hərəkətin təşkili ilə bağlı bütün istiqamətlərdə işlər davam edir. Bundan əvvəlki açıqlamarda bildirmişdik ki, eskalatorların və liftlərin quraşdırılması başa çatdırılıb və bundan əlavə olaraq stansiyadan hərəkətin təşkili ilə bağlı lazım olan kommunikasiya işlərinin görülməsi davam edir. Hazırda yol infrastrukturunun qurulması ilə bağlı işlər də tamamlanma mərhələsindədir və daim olaraq nəzarətdə saxlanılır".
B.Məmmədov qeyd edib ki, "B3" stansiyasının arxasında keçid kamerası var ki, orada da son tamamlanma işləri görülür:
"Bu stansiyanın arxa hissəsində keçid kamerası var. Bu kamera vasitəsi ilə qatarlar bir yoldan digər yola keçid edərək əks istiqamətdə hərəkət etməsi üçün şərait yaradır. Ona görə məhz bu stansiya böyük bir ərazini əhatə edir".
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, stansiya istismara verildikdən sonra Xocasən deposunun bir hissəsinin də istifadəyə veriləcəyi gözlənilir:
"Xocasən deposunda da işlər üç mərhələdən ibarətdir və həmin işlərin birinci mərhələsinin "B3" stansiyası təhvil verildikdən sonra başa çatacağı gözlənilir. Hazırda "Avtovağzal"stansiyasından Xocasənə qədər olan hissədə yol infrastrukturunun qurulması ilə bağlı çox əhəmiyyətli işlər artıq görülüb və qalan hissənin tikintisi də sürətlə davam etdirilir. Deponun özündə də qatarların təmir, baxış sahəsinin inşaatı istiqamətində lazımı addımlar atılır".
Mövcud pandemiya şəraitinə toxunan B.Məmmədov bildirib ki, Bakı Metropoliteninə əsas avadanlıqlar və sistemlər xaricdən gətirilir: "Ona görə də, metroda görülən işlərin bir hissəsi ölkədən kənarda olan vəziyyətdən asılıdır. Əgər vəziyyət müsbətə doğru irəliləyərsə, bu ilin sonuna kimi "B3" stansiyası təhvil veriləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb





